AzTehsil.com


Xəbərlər / Ekspert
20 oktyabr 2022
842


Şagirdlər üçün cəza tədbirləri müəyyənləşdi… – Məktəblərdə nə dəyişəcək?




Elm və Təhsil Nazirliyinin yeni qərarı ilə artıq məktəblərdə İntizam Şurası fəaliyyət göstərəcək...


Təhsil eksperti: “Hər şeydən əvvəl davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər abstrakt, bizim dildə desək mücərrəd xarakter daşıyır”.


“Təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini böyük ölçüdə arxa plana keçirib. Yəni, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir”.


Bu sözləri təhsil eksperti Nadir İsrafilov məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək cəzaları PİA.az-a şərh edərkən qeyd edib.


Elm və Təhsil Nazrliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək cəzaları müəyyənləşdirib. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:


- müəllim baxışı, qeyri-verbal münasibət

- şagirdlərlə sakit söhbət

- xəbərdarlıq

- uzaqlaşdırma

- valideyn ilə əlaqə saxlamaq

- dərsdən sonra şagirdin məktəbdə saxlanması

- psixoloqa yönləndirmə

- sarı xəbərdarlıq məktubu

- narıncı xəbərdarlıq

- qırmızı xəbərdarlıq.


Ümumiyyətlə şagirdlərin cəzalanması prinsipini necə dəyərləndirmək olar və bu pedoqoqikada nə qədər doğrudur?


Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Nadir İsrafilov ilə müzakirə edib


Nadir İsrafilov: “Dərsdən sonra şagirdin məktəbdə saxlanmasını necə başa düşmək olar? Belə çıxır ki, “sarı xəbərdarlıq”, narıncı xəbərdarlıq olduğu kimi, “sakit söhbət” baş tutmadıqda, “hiddətli söhbət”ə keçiləcək?”.


Sözügedən qaydalar nümunə xarakter daşıyırsa və məktəb rəhbərliyi bu çərçivədə öz daxili qaydalarını tərtib edə bilərsə, məktəblərdə İntizam Şurası kimi əlavə bir qurumun yaradılmasına nə ehtiyac olduğunu sual edən ekspert PİA.az-a bildirib ki, yaradılsa belə, məktəbin Nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir:


“Orta ümumtəhsil məktəblərində xüsusilə son illər bir-birini əvəz edən neqativ hallara reaksiya baxımından Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəyə çıxarılması təqdir olunandır. Təəssüf doğuran hal isə ondan ibarətdir ki, müzakirə prosesinə cəlb olunanlar arasında təhsil rəsmiləri, deputatlar və jurnalistlərdən savayı bir nəfər belə geniş ictimaiyyətin nümayəndəsi, ekspert qismində tanınan təcrübəli təhsil mütəxəssisi gözə dəymədi. Bu isə bu iki sənədə nə dərəcədə ehtiyac duyulduğuna və vəziyyətdən çıxış yolu kimi səmərə verə biləcəyinə inamı azaldır.


Mən yazı və müsahibələrimdə dəfələrlə qeyd etmişəm ki, təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini böyük ölçüdə arxa plana keçirib. Yəni, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Bununla bağlı son zamanlar məktəblərimizdə baş verən hamıya məlum saysız-hesabsız konkret faktları sadalamağa da eytiyac duymuram, çünki, atalar demiş görünən kəndə nə bələdçi? İstənilən halda təqdimatı keçirilən bu “Qaydalar”ın və “Təlimat”ın nə dərəcədə effektiv olacağı, müsbət və mənfi nəticələr verə biləcəyi artıq zamana bağlı olan məsələdir.


Bir də ki, axı bizim bu kimi məsələlərdə kifayət qədər təcrübəmiz olub. Bir vaxtlar hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” tətbiq olunardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. Həmin xasiyyətnamə ali və orta-ixtisas müəssisələrinə və işə qəbul zamanı nəzərə alındığından məktəbi bitirənlərin nizam-intizamla bağlı məsuliyyətinə də təsirsiz ötüşdürür.


Nadir İsrafilov: ““Qırmızı xəbərdarlıq” alan şagirdin aqibəti nə olacaq? Məktəbdən qovulacaq?”.


Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki, təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.


Hər şeydən əvvəl davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər abstrakt, bizim dildə desək mücərrəd xarakter daşıyır. Məsələn, “müəllim baxışı”, “şagirdlərlə sakit söhbət”, “uzaqlaşdırma” və s. Əvvəla hər müəllim fərqli baxış sərgiləyə bilər. Dərsdən sonra şagirdin məktəbdə saxlanmasını necə başa düşmək olar? Belə çıxır ki, “sarı xəbərdarlıq”, narıncı xəbərdarlıq olduğu kimi, “sakit söhbət” baş tutmadıqda, “hiddətli söhbət”ə keçiləcək? “Qırmızı xəbərdarlıq” alan şagirdin aqibəti nə olacaq? Məktəbdən qovulacaq? Məktəblərdə İntizam Şurası yaradılacaq. Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq. Bəs, valideynin məcburi iştirakı hansı hüquqi aktla tənzimlənəcək? “Valideyn ilə əlaqə saxlamaq” onsuz da təlimatsız da qaydasız da əlaqə saxlanılır. “Psixoloqa yönləndirmə” olmadan belə psixoloqların şagirdlərlə işləməsi onların xidməti vəzifəsidir.


Sözügedən qaydalar nümunə xarakter daşıyırsa və məktəb rəhbərliyi bu çərçivədə öz daxili qaydalarını tərtib edə bilərsə, məktəblərdə İntizam Şurası kimi əlavə bir qurumun yaradılmasına nə ehtiyac ola bilər? Yaradılsa belə, məktəbin Nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Bir də ki, istər nizam-İntizam olsun, istərsə də davranışlarla bağlı müzakirələr aparıb, kollegial qərarlar qəbul etmək üçün ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı sayılan Pedaqoji Şura var. Daxili intizam qaydaları Azərbaycan Respublikasının Təhsil Qanunu, təhsil məsələləri üzrə digər normativ aktların , Ümumtəhsil məktəbinin Nizamanməsinin əsasında qəbul olunub.


Nadir İsrafilov: “Məktəblərdə İntizam Şurası yaradılacaq. Şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq”.


Hesab edirəm ki, məktəblərdə gələcəkdə nə dərəcədə səmərə verə biləcəyinə tam əminlik hasil etmədiyimiz əlavə qurumlar yaratmaq əvəzinə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin Ümumtəhsil məktəbində təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrinə yenidən baxılmalı, məktəblə məktəblərdə yaradılan valideyn komitələri, icmaları və assosasiyaları arasındakı qarşılıqlı əlaqə və səmərəli münasibətlərin optimal variantının yaradılması barədə düşünməliyik.


Hər halda bu kimi müzakirələr nə qədər çox olsa, təhsilimizin problemlərinə və vəziyyətdən çıxəş yolları axtarılmasına da diqqət bir o qədər artar, İslahat Proqramın 6.3 maddəsinin “Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi” və 6.4 maddəsinin “Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” təcrübədə bir qədər də reallaşmış olar”.




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Etiraf etməliyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir.

Məktəblərdə Tərbiyə məsələləri aktuallığını itirməyə meyillidir  - RƏY + VİDEO

Məktəblərdə Tərbiyə məsələləri aktuallığını itirməyə meyillidir - RƏY + VİDEO

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli...

Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli...

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Nadir İsrafilov: Təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə  bir-iki ilin nəticələri ilə ölçülə bilməz.

Nadir İsrafilov: Təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Pedaqoji Lüğət

Pedaqoji Lüğət