Valideynlərdən pul tələb edən müəllim CƏZALANDIRILDI
Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etdiyi üçün şiddətli töhmət verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək Müəllimlər günü münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub:
“Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır.
Müəllimlərin etik davranış qaydalarını və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı.


"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Ünsiyyət nədir

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı