ÜST çağırış etdi: Maskaları geri qaytarın!
Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmalıdırlar.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib
ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.
"Mən COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatam. Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Bundan əlavə, ölüm sayının artması məni narahat edir", - təşkilatın rəhbəri qeyd edib.