AzTehsil.com


Xəbərlər / Valideyn
04 iyul 2022
1 047


Digital oyunlar uşaqların beynini çürüdür - Psixoloqdan XƏBƏRDARLIQ




Valideynlər tez-tez deyirlər ki, uşağın başı telefondan ayılmır. Uşaqlar dərsləri ilə məşğul olmur. Bütün günü oyun oynayır, heç kimsə ilə danışmır.


Əvvəllər uşaqlar küçədə oyun oynayardılar, indi isə səhərdən axşamacan telefon əllərindən yerə düşmür, ya da yalnız ekran qarşısındadırlar. Bu hal haqlı olaraq valideynləri çox narahat edir ki, oyunlara qarşı uşaqlarda bu qədər asılılığın yaranması onların sonrakı həyatına necə təsir göstərəcək? Bu oyunların uşaqlar üçün zərəri nələrdir?


Sfera.az xəbər verir ki, mövzu barədə danışan psixoloq Aygül Məlikova dedi ki, internet oyunları sayəsində uşalqarın bilik səviyyəsi aşağı düşəcək:


“Əslində təsir edəcək deməzdim, çünki artıq təsir edib. Uşaqlar bu tipli oyunlara aludə olduqca onların oxumağa olan həvəsi, marağı tamamilə azalır. Ona görə də, təhsil səviyyəmiz aşağı düşəcək. Təəssüflər olsun ki, oyunlara aludəlik onlarda ciddi sosial ünsiyyət problemləri yaradıb. Çünki uşaqlar o qədər birtərəfli ünsiyyətə öyrəşiblər ki, özlərini irtual dünyalarında rahat hiss etdikləri üçün ətrafdakı insanlarla ünsiyyət qurmaq ehtiyacı duymurlar və hətta necə ünsiyyət qurmaq lazımdır bilmirlər”.


Müsahibimiz bildirdi ki, digital oyunları uşaqların beynini get-gedə çürüdür. Uşaqlar bu oyunları oynadıqca hadisələrə fərqli yanaşmaq, alternativ variantlar düşünmək bu kimi şeylərə ehtiyac duymurlar. Biz beynimizi nə zaman istifadə etməyə başlayırıq? Çətinə, dara düşəndə. Amma biz nə qədər oyun oynayırıqsa, bir o qədər çətin, dar məqamlar yaşamırıq. Maksimum dərəcədə uşaqlarda müəyyən aqressiyalar formalaşır:


“Gəlin, bizim dövrün uşaqları ilə indikiləri müqayisə edək. O dövrdə uşaqlar həyədə yaşıdları ilə "Yeddi şüşə", "Qaçdı-tutdu", "Gözüyumulu" oynayırdı. Bu oyunlar da uşaqların hisslərinin, duyğylarının və zəkalarınıbn inkişafına səbəb olurdu.  Fiziki cəhətdən də sağlam böyümələrinə səbəb olurdu. Amma kömpüter oyunları uşaqları həm aqressiyaya sövq edir, həm də bir-birlərinə daha çox şiddətyönümlü davranmağı öyrədir.  Bu oyunlar həmçinin uşaqların ünsiyyət qurmaq qabiliyyətini də məhdudlaşdırır.


Məsələn, bəzi oyunlar var ki, hətta bu oyunlarda uşaqlardan müəyyən tələblər olur. Qolunu kəs, filan et. Bir bir ara mavi balina oyunu var idi, çox yayılmışdı. Uşaqların arasında intiharın yayılmasına səbəb olmuşdu”,- deyə o fikirlərini yekunlaşdırdı.




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Ünsiyyət nədir

Ünsiyyət nədir

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Liderlik keyfiyyətini necə yaratmalı

Liderlik keyfiyyətini necə yaratmalı

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.