AzTehsil.com


Xəbərlər / Müəllim
13 may 2022
1 211


Azərbaycanda distant təhsilə keçid üçün hazırlıq gedir




Bir çox ölkələrdə distant təhsil tətbiq olunur, həmin təhsilin diplomu da rəsmən tanınır. Ancaq ölkəmizdə təhsilin distant forması ilə bağlı şərtlər bir az fərqlidir.


Bu yaxınlarda mediaya açıqlama verən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görülür və yaxın zamanlarda yeni sistemin işə salınacağı gözlənilir.


Distant təhsil nə vəd edir?


Təhsil eksperti Elçin Süleymanov ölkəmizdə tətbiq olunacaq distant təhsillə bağlı fikirlərini Modern.az-la bölüşüb.


Ekspert bildirib ki, distant təhsil bütün dünyada istifadə olunur və artıq günün reallığıdır:


“Ölkədə bəzən bunu qiyabi təhsillə qarışdırırlar. "Təhsil haqqında" Qanunda təhsilin əyani, qiyabi və distant olmaqla üç forması göstərilib. Distant təhsil əyani təhsilin bir formasıdır. Pandemiya dövründə distant təhsilin faydalarını gördük. Məktəblər, universitetlər bağlı idi, amma təhsil davam edirdi. Artıq texnologiya o qədər inkişaf edib ki, distant təhsilə keçid edə bilərik. Distant təhsilin əyani təhsilə nisbətən müəyyən problemləri var. Bir çox inkişaf etmiş ölkələr illərdir distant təhsil verir və verdikləri diplom da kifayət qədər ciddidir.


Fərq ondadır ki, onlar distant təhsilə başlayanlardan müəyyən texniki infrastruktur tələb edirlər. Müəyyən standartlar tətbiq olunduqdan sonra distant təhsilin faydası daha çoxdur. Belə olan zaman xaricdən ölkəyə gələ bilməyən mütəxəssisləri də prosesə əlavə etmək olar. Bəzən xaricə getmədən də həmin ölkənin universitetlərində təhsil almaq olar. Yetər ki, bu distant təhsil verən qurumun akkreditasiya, qiymətləndirmə, ölçmə standartı olsun. Hazırda Milli Məclisdə aparılan müzakirələrdə distant təhsillə bağlı xüsusi maddə var”.


Mövzu ilə bağlı fikirlərini bildirən ekspert Kamran Əsədov Modern.az-a söyləyib ki, dünya ölkələri ötən əsrin 60-ci illərindən etibarən distant təhsil xidməti göstərirlər və bundan çox böyük gəlir əldə edirlər.


Onun sözlərinə görə, Azərbaycandan xaricə gedən gənclər arasında distant təhsil alan kifayət qədər tələbələrimiz var:


"Ölkəmizdə distant təhsil ona görə tanınmır ki, bu formada təhsil alanların hansı müddət ərzində tədris prosesində iştirak etdiklərini, hansı alətlər vasitəsilə bilik və bacarıqlara yiyələndiklərini yoxlayıb ölçə bilmirik. Məsələn, xaricə oxumağa gedən şəxslərin bilik və bacarıqlarını yoxlaya bilirik, ən azından sərhəd xidməti ilə sorğu əsasında yoxlayırıq ki, həmin şəxslər o ölkə ərazisində nə qədər olublar. Nazir deyir ki, xarici ölkələrdə təhsil alanların diplomu tanınmır, biz bunun tanınması üçün mexanizm işləməliyik”.


K. Əsədov deyib ki, Azərbaycanda da distant təhsil tətbiq olunarsa, vaxt məsələsi və digər problemlər aradan qalxar:


“Koronavirus pandemiyası zamanı distant təhsilin müsbət tərəfi ilə bərabər mənfi tərəfləri də var idi. Ancaq tam tətbiq olunarsa, o problemlər də aradan qalxacaq. İnsanların təhsil alma hüququ məhdudlaşdırılır. "Təhsil haqqında" Qanunda distant təhsil forması var. İnsanlar qanunu əsas götürərək, gedib xaricdə ali təhsil alırlar, biz də bu diplomu tanımırıq. Məncə, diplomların tanınması üçün yaradılacaq mexanizmdə həmin şəxslərin təhsil aldığı portalı yoxlamalıyıq ki, onlar nə qədər müddətdə orada olublar. Əgər həmin mexanizm tətbiq olunarsa, gənclər distant təhsil almaqdan çəkinməzlər”.




Загрузка...
Həmçinin oxuyun:
Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı

Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Azərbaycanda tədrisin YENİ FORMATINA keçilməsində hansı əngəllər var? - Nazir açıqladı

Azərbaycanda tədrisin YENİ FORMATINA keçilməsində hansı əngəllər var? - Nazir açıqladı

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçirilir

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçirilir

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb

Koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

Bakıda daha bir məktəb distant təhsilə keçdi

Bakıda daha bir məktəb distant təhsilə keçdi

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi – RƏSMİ

Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi – RƏSMİ

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Distant təhsillə bağlı yeni layihəyə start verilir

Distant təhsillə bağlı yeni layihəyə start verilir

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Nazir: “Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”

Nazir: “Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”

Salyanda bir sinif distant təhsilə keçdi

Salyanda bir sinif distant təhsilə keçdi

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Bakıda daha bir məktəb distant təhsilə keçdi

Bakıda daha bir məktəb distant təhsilə keçdi

Bu məktəbdə SİNİFLƏR BAĞLANDI - KORONAVİRUSA GÖRƏ

Bu məktəbdə SİNİFLƏR BAĞLANDI - KORONAVİRUSA GÖRƏ