Gəncə terrorunda hər iki valideynini itirən Sevil nişanlandı - FOTO
Gəncə terrorunda hər iki ailəsini itirən qız nişanlanıb.
Evlərinə raket düşməsi nəticəsində valideynlərini itirən 18 yaşlı Sevil Əliyevanın nişan mərasimi olub.
Sevilin nişan mərasimindən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, 2020-ci ilin 10 oktyabrından 11 oktyabr tarixinə keçən gecədə erməni terrorçuları tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində həlak olanlar arasında Anar Əliyev və həyat yoldaşı Nurçin Əliyeva da olub. Onlardan geriyə 16 yaşlı Sevil və səkkiz yaşlı Hüseyn adlı övladları qalıb. Oxu.Az