Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI – FOTO
Ötən gün Gəncə şəhərində 16 yaşlı oğlanın törətdiyi, özünün və yolun kənarı ilə gedən 13 yaşlı qızın həlak olması ilə nəticələnən dəhşətli yol qəzası böyük müzakirələrə səbəb oldu.
Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı orta məktəbin 10-cu sinfində oxuyan Nüman Əlizadənin atasına məxsus “Mercedes-Benz E-Class” markalı avtomobili icazəsiz götürməsi, sürücülük hüququ olmadan idarə etməsi məlum olub.
Hadisə şahidləri bildiriblər ki, qəzaya düşən avtomobildən çox yüksək tonda musiqi səsi gəlirmiş. Nüman Əlizadə dostları ilə musiqi sədaları altında avtomobilli şəhərin mərkəzində sürətlə idarə edərək təhlükəli manevrlər edirmiş.
Qeyd edək ki, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hadisəni törədən və vəfat edən 16 yaşlı Nümanın fotosunu təqdim edirik.
Qeyd edək ki, Nümanın atası Namiq Əliyev Gəncə Dövlət Universitetində çalışır.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, məktəblilər dünyasını dəyişib

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Gəncədə maşın orta məktəb müəlliməsini vurub öldürdü - FOTO

Şamaxıda avtoqəzada XI sinif şagirdi öldü

Gəncədə 17 yaşlı qızın intiharının TƏFƏRRÜATI

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədib - RƏSMİ

Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Ağdaşda avtomobil 16 yaşlı məktəblini vuraraq öldürdü – VİDEO

Qəzaya düşən tələbə ilə bağlı universitetdən AÇIQLAMA

17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş - Yenilənib

DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ

Azərbaycanda tələbələr qəzaya düşdü - Yaralananlar var

BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

İki məktəbli bacı itkin düşüb

Kütləvi dava

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Avtomobil 9 yaşlı məktəblini vurub.

Ağdaşda müəllim faciəvi şəkildə həyatını itirib

Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu -VİDEO

Bakıda avtomobil 13 yaşlı qızı vurdu

Bakıda 2-ci sinif şagirdini maşın vurub öldürdü