AzTehsil.com


Xəbərlər
23 fevral 2021
1 161


Badamdarda meyiti aşkarlanan 2 qardaşın biri AzTU-nun tələbəsi imiş



 

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evində meyitləri tapılan 2 qardaşın biri Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

AzTehsil.com Trend-ə istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

O bildirib ki, dünyasını dəyişən 2003-cü il təvəllüdlü Lətif Əliyev AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakultəsinin 1-ci kurs tələbəsi olub. L.Əliyevin qardaşı, 2004-cü il təvəllüdlü Atilla Əliyev isə orta məktəbin 11-ci sinifində oxuyurmuş və qardaşı ilə həmin gecə birlikdə qalıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində 5 nəfərin meyiti aşkarlanıb. Myioti aşkar edilənlər 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevdir.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



Загрузка...