AzTehsil.com


Xəbərlər
12 fevral 2020
2 033


Bakıda tələbə qız faciəli şəkildə öldü



 

Bakıda tələbə dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dördüncü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.



Загрузка...