AzTehsil.com


Xəbərlər / Manşet
21 noyabr 2019
3 897


BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu



 

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmənin təfərrüatı bəlli olub.

Oxu.Az xəbər verir ki, zəhərlənmə halı ötən gün, axşam saatlarında müşahidə edilib.

Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlara iynə vurulub. Həkimlər qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib

Bu gün səhər 11 radələrində yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanın öldüyü məlum olub.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı universitetin fizika fakültəsində təhsil alıb.

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Dilrubə Quliyevanın əmisi İlqar Quliyev qardaşı qızının vəziyyəti ilə bağlı açıqlama verib. O, tələbələrin qidadan zəhərləndiyini qeyd edib:

"Qida zəhərlənməsidir. Baş həkimlə görüşdüm, ümidverici danışdı. Üçü də eyni balıqdan zəhərlənib".



Загрузка...