AzTehsil.com


Xəbərlər
06 may 2017
2 787


"Azərbaycan təhsilində qadınlar üçün yaxşı imkanlar var"-Efiopiyanın birinci xanımı



"Azərbaycan təhsilində qadınlar üçün yaxşı imkanlar var"-Efiopiyanın birinci xanımı

Azərbaycan təhsil sahəsinə, xüsusilə qızların təhsil almasına böyük diqqət ayırır.

 

Aztehsil.com trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Efiopiyanın birinci xanımı Roman Tesfaye deyib.

 

O, Azərbaycanda belə tarixi forumda iştirak etdiyinə görə çox sevinclidir: "Təhsil Azərbaycanın böyük diqqət ayırdığı sahədir. Və tərifəlayiqdir ki, burada qadınlar üçün yaxşı imkanlar mövcuddur. Bu da gələcək həyat üçün çox mühümdür"

 

Birinci xanımın sözlərinə görə, təəssüf ki, bir çox mədəniyyətlərdə qadınların təhsil hüququna təmin olunmur.




Загрузка...