AzTehsil.com


Xəbərlər
30 aprel 2022
1 612


Məktəblinin intihar etməsi ilə bağlı yeni faktlar aşkarlanıb.




Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in “Galaxy TAB A7” markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.


Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də “3 days to die” və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin “Samsung Notes” bölməsində “salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm” məzmununda yazışma aşkar edilib.


Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.




Загрузка...