Rezidentura imtahanlarının vaxtı AÇIQLANDI
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının mayın 15-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə avqustun 21-də keçirilməsi planlaşdırılır.