8-ci sinif şagirdi niyə vəfat etdi?
Bakının Xətai rayonunda yerləşən 165 saylı orta məktəbin şagirdi Ramal Zaur oğlu Osmanovun vəfat etməsilə bağlı məlumat vermişdik. 8-ci sinif şagirdi olan R. Osmanovun Sumqayıtda qəfildən dünyasını dəyişdiyi bildirilirdi.
Mərhumun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığı və biganəliyindən öldüyünü iddia edib. Qadın mətbuata açıqlamasında bildirib ki, aprelin 11-də evdə qəfil uşağın burnundan qan açılıb. Ardınca onu Sumqayıt Şəhər Uşaq Xəstəxanasına, "OMD"yə və sonda Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına aparıblar. Valideyn həkimlərin xəstəyə arxa çevirdiyini, lazımi tibbi yardımı göstərmədiyini bildirib.
Milli Məclisin səhiyyə komitəsinin üzvü, Sumqayıtdan seçilmiş deputat Müşfiq Məmmədli də yeniyetmənin ölümü ilə bağlı iddialar səsləndirib. Bildirib ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra edilməyib: "Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəsətənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.