Xəbərlər / Səhiyyə / Şagird
14 oktyabr 2021
1 259


Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: Sağlam idi, başqa xəstəliyi yox idi..

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: Sağlam idi, başqa xəstəliyi yox idi..

 

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəbli oktyabrın 11-də, Bakıdakı klinikaların birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.

Sözügedən təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, şagirddə yanaşı xəstəlik olmayıb:

"Kamil Əsgərovun valideyinləri də bildirir ki, onda başqa xəstəlik olmayıb. Digərləri kimi o da sağlam, normal uşaq idi. Xəstələndikdən sonra vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. Hələ ki, məktəbdə distant təhsilə yalnız onun oxuduğu sinif keçib. Digər siniflər ənənəvi qaydada tədrisi davam etdirir”.
Məqalə Göndər








Загрузка...