Xəbərlər / Müəllim
09 sentyabr 2021
1 414


Balakəndə müəllim koronavirusdan vəfat edib

 

Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vüqar Həsənov COVID-19-dan dünyasını dəyişib.

Bu barədə məktəbin rəsmi "Facebook” səhifəsi məlumat yayıb.

Bildirilib ki, V. Həsənov dünən koronavirusdan vəfat edib. Bir müddət əvvəl o, müalicə almaq üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Məqalə Göndər








Загрузка...