AzTehsil.com


Xəbərlər / Şagird
23 iyun 2021
2 017


Azərbaycanda 8-ci sinif şagirdi “PUBG” oyununa görə döyüldü – 5 gün sonra öldü



Azərbaycanda 8-ci sinif şagirdi “PUBG” oyununa görə döyüldü – 5 gün sonra öldü

 

Azərbaycan "PUBG” oyununa görə, 8-ci sinif şagirdi döyülərək, öldürülüb.

Manset.az-ın əldə etdiyi məlumata görə, iyunun 15-i Ağsu şəhərində 8-ci sinif şagirdi Məmişov Nihad Vüqar oğlu tanımadığı şəxslər tərəfindən çağırılıb. Ailəsinə birazdan qayıdacağını deyən yeniyetmə evdən çıxaraq gedib. Sonra ailəsi onu döyülmüş vəziyyətdə aşkarlayıb. Xəsarət alan məktəbli öncə Ağsudakı xəstəxanaya, sonra isə Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Beş gün komada qalan N.Məmişov dünyasını dəyişib. Hazırda faktla bağlı hüquq muhafizə orqanları tərəfindən araşdırma aparılır.



Загрузка...