İKT üzrə qəbul yerlərinin sayı iki dəfə artırılıb
“2017-2018-ci ilin bakalavr təhsil ilindən 2022-2023-cü il təhsil ilinə İT ixtisaslarına qəbul 1964 nəfərdən 3750 nəfərə çatıb”.
Bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması ilə bağlı təqdimatında Azərbaycan təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərin 670 nəfərdən 2500 nəfərə çatıb:
“Bu isə təqribən 4 dəfəyə yaxın artım deməkdir. Bu istiqamətdə bizim işlərimiz davam edəcək”.
Nazir əlavə edib ki, magistratura səviyyəsində də ümumi yerlər 370-dən 1083-ə, dövlət sifarişli yerlər isə 195-dən 720-ə qədər artıb.