230 saylı tam orta məktəbdə “Ölümsüzlər” kitabının təqdimat mərasimi keçirildi.
Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbdə 2 Qarabağ müharibəsində şəhid olan Kazımov Əmir İlham oğlunun həyatından bəhs edən “Ölümsüzlər” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, Xəzr Raryon İcra Hakimiyyətinin nümayəndəsi Teymur müəllim, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər rayon Ağsaqqallar Şurasının üzvü, Tarix elmləri doktoru , professor Səlimov Təvəkkül , gənc şair publisist Elşad Barat, kitabın ərsəyə gəlməsində maliyə dəstəyi olan iş adamı Sadiq Cəfərov, bloger Elçin Lənbəranski , şəhidin dostları , ictimayyət nümayəndələri , müəllimlər və şagirdlər iştirak edirdi.
İlk öncə tədbir iştirakçılarına məktəbin foyesində təşkil olunmuş şəhid məzunlarına həsr edilmiş güşə haqqında məlumat verildi. Daha sonra tədbir iştirakçıları şəhidin oxuduğu sinifdə oldular . Şəhidin şəxsi əşyalarından ibarət təşkil olunmuş sərgiyə baxdılar.
Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi Tamilla Yaqubova açıq elan etdi və qonaqları salamladı. Dövlət Himni səsləndirildi.Daha sonra 44 günlük Vətən müharibəsində şəhid olan şəhidlər bir dəqiqəlik sükutla yad edildilər. Tədbirdə məktəbimizin şagirdlərinin ifasında şeirlər səsləndirildi, ədəbi -bədii kompozisiya nümunələri təqdim edildi. Şəhidin 6 yaşında öz dilindən səsləndirdiyi arzuları vidoçarx şəklində nümayaiş edildi.
Arzuları yarımçıq qalmış şəhidlərimizin həyat hekayələrini öz əsərlərində, şeirlərində qələmə alan gənc şair Elşad Barat tədbirin sonunda çıxış etdi.
Porfessor Təvəkkül Səlimov tədbirin əhəmiyyətindən ,ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısından danışdı.
Sonda şəhidin atası Kazımov İlham kitabın ərsəyə gəlməsində zəhməti olan müəllifə və məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirdi.