“Təhsil vloqeri” müsabiqəsi davam edir
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsi keçirilir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.
Müsabiqə üzrə tələblər:
– İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 20-dək [email protected] elektron ünvanına göndərməlidir.
Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif olunacaqlar.