Xəbərlər / Müəllim / Şagird
01 yanvar 2021
1 966


Bakı məktəbliləri arasında videotəqdimat müsabiqəsi davam edir

Bakı məktəbliləri arasında videotəqdimat müsabiqəsi davam edir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn videotəqdimat müsabiqəsinə start verilib.

"Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsi BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında keçirilir.

Təhsil İdarəsindən   verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

Müsabiqə iştirakçıları "Vətənin qəhrəman oğulları” başlığı altında təqdimatla çıxış edəcək. Çıxışlar 2021-ci il yanvarın 10-dək videoformatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Videotəqdimat göndərilərkən müsabiqəyə qatılan iştirakçının özü haqqında şəxsi məlumatların (adı, soyadı, atasının adı, doğum tarixi, əlaqə nömrəsi, oxuduğu təhsil müəssisəsinin və ya məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adı, bir ədəd fotoşəkil) qeyd olunması mütləqdir.

Hər iştirakçı müsabiqəyə yalnız 1 videotəqdimatla qatıla bilər. Videotəqdimat 5 dəqiqədən artıq olmamalıdır.

Videotəqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürüləcək.

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Beş nəfər isə fəal iştirakına görə tərifnamə ilə təltif olunacaq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Onlayn videotəqdimat müsabiqəsinə start verilib

Onlayn videotəqdimat müsabiqəsinə start verilib

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

Müsabiqəyə yekun vurulub

Müsabiqəyə yekun vurulub

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

Müsabiqələr onlayn şəkildə davam etdiriləcək

Müsabiqələr onlayn şəkildə davam etdiriləcək

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

Müsabiqə qalibləri bəlli olub -FOTOLAR

Müsabiqə qalibləri bəlli olub -FOTOLAR

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Bu il Bakıda 1 691 müəllim işə qəbul edilib

Bu il Bakıda 1 691 müəllim işə qəbul edilib

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!