Qarabağda xidmət etmiş rusiyalı general məktəblini zorladı
Rusiyanın Yekaterinburq şəhərində Rusiya Silahlı Qüvvələrinin 54 yaşlı istefada olan general-mayoru Ramil Gilyazov və onun yoldaşı, 40 yaşlı hərbi qulluqçu, onkoloji dispanserin həkimi İvan Sobaçev saxlanılıblar.
Onlar 15 yaşlı məktəbli qızı qrup şəklində zorlamaqda şübhəli bilinirlər.
Araşdırma aparılan mənzildən spirtli içki şüşələri və narkotik maddə izləri aşkarlanıb.
İlk qarşıdurmada zərərçəkmiş şübhəlilər tərəfindən ona qarşı cinsi istismar faktını inkar edib. Sonradan məlum olub ki, bu, onun ilk belə görüşü deyil.
Aztəminatlı ailədən olan məktəbli generalla sosial şəbəkədə tanış olub.
Gilyazovun sözlərinə görə, məktəblinin dostları hadisəni ört-basdır etmək üçün ondan pul tələb ediblər. Fakt araşdırılır.
Gilyazov Əfqanıstandakı döyüşlərin və hər iki çeçen kampaniyasının veteranıdır, həmçinin Suriya və Qarabağda olub. Döyüş nöqtələrində dəfələrlə ağır yaralanıb. “Şücaət” ordeni ilə təltif edilib. General ötən il Cənub Hərbi Dairəsinin Birləşmiş Strateji Komandanlığının döyüş hazırlığı şöbəsinin keçmiş rəisi statusunda səhhətinə görə tərxis edilib.
Mənbə: EL.ru