AzTehsil.com


Xəbərlər
28 mart 2022
1 387


BSU-nun sabiq şöbə müdirinin cinayət işi üzrə məhkəmə davam etdirilib




Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, Qazax Müəllimlər İnstitutunda “Tarix-Coğrafiya” müəllimliyi ixtisası üzrə təhsil almış Səttar Sərdarov bildirib ki, Bakı Slavyan Universitetində əlavə təhsil almaq üçün müxtəlif səbəblərə görə ümumilikdə 8 min manat verib.


“Əlavə təhsil almaq üçün birinci dəfə Dürdanə Əliyeva ilə görüşümüz oldu, məndən qəbul üçün əvvəlcədən 2 min manat istədi. Daha sonra təhsil haqqı üçün 1000 manat banka ödədim, 800 manat isə nəğd şəkildə verdim. Bir müddət sonra isə mənə diplomumla bağlı problem olduğunu dedilər. Bu dəfə isə məndən 4 min manat istədi. Bununla bağlı sabiq rektor Nurlana Əliyevanın da qəbulunda olduq. Rektor da mənə məsələnin həll olunacağını söz verdi, təəssüf ki, bugünə qədər hələ də həll olunmayıb”, – deyə şahid bildirib.


Təqsirləndirilən şəxsin vəkili şahidin ifadəsinə etiraz edərək yalan danışdığını deyib:


“Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki bunun nə olduğunu bilirsiz…? Təhsil ödənişi 1800 manatdırsa, nəyə görə 3-4 min manat vermisiz?”


Dürdanə Əliyeva da şahidin ifadəsinin doğru olmadığını həmçinin Səttər Sərdarovun Qazax Müəllimlər İnstitutundan verilmiş saxta diplomla əlavə təhsil almaq istədiyini qeyd edib. O, bununla bağlı sərbəst ifadəsi zamanı geniş danışacağını əlavə edib. Sonda məhkəməyə sədrlik edən şahidin ifadəsinin yalan ya doğru olduğuna sonda qiymət veriləcəyini deyib.


Növbəti proses aprelin 4-ə təyin olunub.


Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.


Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.




Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

BSU-nun sabiq şöbə müdiri sabiq rektorun məsuliyyətə cəlb olunmasını tələb edir

BSU-nun sabiq şöbə müdiri sabiq rektorun məsuliyyətə cəlb olunmasını tələb edir

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Dələduzluq edən şəxsə cəza istənildi

Dələduzluq edən şəxsə cəza istənildi

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan öldü

Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan öldü

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı