AzTehsil.com


Xəbərlər
22 noyabr 2021
967


Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”




Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda dələduzluqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.


Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində dindirilməli olan Xədicə Əliyeva üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyindən həyat yoldaşı Şirvan Tağıyev ifadə verib.


Şahidin nümayəndəsi bildirib ki, həyat yoldaşı ixtisasartırma üçün Bakı Slavyan Universitetinə müraciət edərək Dürdanə Əliyeva ilə görüşüb: “Dürdanə Əliyeva bizdən ixtisasartırma üçün 2500 ödəməli olduğumuzu bildirdi. Dedi ödənişin 1000 manatını əvvəlcədən verməliyəm. Biz də həmin pulu verdik. Sonradan həmin pulun hesaba keçmədiyini öyrəndik. Hazırda həyat yoldaşım 1000 manata görə diplom ala bilmir. Universitetdən də deyilər ki, 1000 manatı verməlisiniz”.


Prosesdə məlum olub ki, gizir Şirvan Tağıyev Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən Müharibəsinin iştirakçısıdır.


Məhkəməyə sədrlik edən hakim Əli Məmmədov Bakı Slavyan Universitetinin prosesdə iştirak edən nümayəndəsinə müraciət edərək hərbi qulluqçumuzun işi ilə bağlı istisna hal olaraq köməklik göstərilməsini xahiş edib: “İnsan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün can qoyub, başımızın tacıdır. Məhkəmənin adından Universitet rəhbərliyindən xahiş edirik ki, bu şəxsə kömək etsinlər”.


Daha sonra prosesdə şahid qismində Şənlik Bəyişov ifadə verib.


Şahid bildirib ki, əlavə təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat verib: “Dürdanə Əliyeva ilə razılaşdıq ki, ilk olaraq 1000 manat, sonra da 1000 manat verim. İmtahanlar vaxtı öyrəndim ki, universitetə borcum var. Dəymiş 2 min manat ziyanı təqsirləndirilən şəxsdən tələb edirəm”.


Prosesdə ifadə verən Vahid Qurbanov isə qızı Sevda Rəhimovanın təhsil alması üçün Dürdanə Əliyevanın 2 min manat istədiyini, lakin sonradan 1000 manat verdiyini bildirib.


Proses noyabrın 29-da davam etdiriləcək.


Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.


Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.(APA)




Загрузка...
Həmçinin oxuyun:
BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi

Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi

Qızım telefonu mənə verir ki, atama zəng et... - Şəhid XTQ-nin həyat yoldaşı - VİDEO

Qızım telefonu mənə verir ki, atama zəng et... - Şəhid XTQ-nin həyat yoldaşı - VİDEO

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb