AzTehsil.com


Xəbərlər
25 oktyabr 2021
1 136


Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi



Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-nun tələbəsi Şəhanə İbrahimova ifadə verib.

O deyib ki, universitetdə təhsil almaq üçün D.Əliyevaya 4 min manat pul verib: “Bir müddət sonra isə mənə universitetdən bildirildi ki, ora 2 min manat ödəniş borcum var. Universitetdə təhsil almaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə söylədi ki, burada iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyəm. Ondan səbəbini soruşdum. Dedi ki, burada bələdir”.

Daha sonra şahid qismində BSU-nun digər tələbəsi Rauf Həsənov dindirilib. O bildirib ki, D.Əliyevaya universitetdə təhsil alması üçün 2 min manat pul verib.

R.Həsənov ona dəymiş 2 min manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini istəyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.




Загрузка...
Həmçinin oxuyun:
“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Dələduzluq edən şəxsə cəza istənildi

Dələduzluq edən şəxsə cəza istənildi

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

Elina Hacıyevanın işi üzrə məhkəmə yeni qərar verib

ADA Universiteti təhsil haqqını qaldırdı – 17 min manat

ADA Universiteti təhsil haqqını qaldırdı – 17 min manat

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi