AzTehsil.com


Xəbərlər
14 fevral 2022
1 287


BSU-nun sabiq şöbə müdiri sabiq rektorun məsuliyyətə cəlb olunmasını tələb edir




Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Yusif Babayev ifadə verib. Şahid, ifadəsində həyat yoldaşının BSU-da işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini, lakin işlə təmin edilmədiyini deyib: “Eşitmişdim ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Ona görə birbaşa özü ilə görüşdüm. Razılaşdıq ki, həyat yoldaşım Xarici Əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında dedilər ki, pandemiyaya görə yanvar ayından işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim”.


Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət bildirmək istəməyib.


Prosesdə daha sonra ixtisasartırma üçün BSU-da təhsil almış Esmira Qurbanova və Rövşanə Abduləzimova ifadə verib. Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsi hesaba oturmadığı üçün Universitetə borclu qaldıqlarını bildiriblər.


Prosesdən sonra Dürdanə Əliyeva APA-ya açıqlamasında sözügedən əməli təkbaşına etmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib.


D. Əliyevə qeyd edib ki, Nurlana Əliyeva və mühasibin cinayət məsuliyyətinə cəlb olunması üçün dəfələrlə vəsatət qaldırıblar.


Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.


Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.




Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

Tələbələrin 140 min manatını mənimsəyən sabiq şöbə müdirinin məhkəməsində zərərçəkmişlər dindirildi

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

62 yaşlı "Əməkdar müəllim" həbs edilib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəmədə

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"