Təhsil naziri sakinləri qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Cədvələ əsasən təhsil naziri Emin Əmrullayev aprelin 22-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonunda təşkil olunacaq.