Xəbərlər / Müəllim
28 noyabr 2019
1 591


Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib

Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib

 

Noyabrın 28-də Təhsil naziri Ceyhun Bayramov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, dərs saatlarının bölgüsü, işə bərpa olunma, direktorların işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
edu.gov.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: