“Cırtdan” ucqar kəndlərin 500 balaca sakininə bayram sovqatı payladı
Martın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlara Novruz bayramı hədiyyələri çatdırılıb.
Azərbaycanın sevimli milli nağıl qəhrəmanı “Cırtdan” şən musiqi sədaları altında ölkəmizin ucqar kəndlərinin 500 balaca sakininə bayram sovqatları paylayıb.
Eyni zamanda, Novruz bayramının əsas personajları olan Kosa və Keçəli təsvir edən animatorlar öz məzəli çıxış və oyunları ilə uşaqları sevindiriblər.