AzTehsil.com


Xəbərlər
18 mart 2022
1 233


Sabahdan 9 günlük Novruz tətili başlayır




Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.


Qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.


Belə ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.


Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.


Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.


Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir.


Növbəti iş günü martın 28-dir.




Загрузка...