AzTehsil.com


Xəbərlər
19 mart 2022
1 284


Dosent Kəmalə Alışeva: XXI əsrdə baharın gəlişi 20 dəfə martın 19-na düşəcək




“Novruzun tarixi, adət-ənənələri haqqında çox genış yazılır, lakin bu bayramın qeyd olunması məhz astronomik hadisələrlə əlaqəlidir”.


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva  bildirib ki, Yer oxunun meylli olması hesabına orbit boyunca dolanan zaman müəyyən dövrdə Yerin şimal qütbü daha çox Günəşə doğru dönmüş olur.


O qeyd edib ki, bu vaxt həmin yarımkürədə yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli müşahidə olunur: “Cənub qütbü Günəşə dönmüş olarsa, onda bu yarımkürədə yay fəsli, digər yarımkürədə isə qış bərqərar olur. Yer Günəş ətrafinda hərəkət etdikcə fəsillər bir-birini əvəz edir. Lakin Yer orbitin müəyyən nğqtələrindən keçəndə firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni qədər düşür. Bu zaman yaz və payız fəsilləri müşahidə olunur. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur”.


“Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20-21 mart tarixinə uyğun gəlir. Bəzi hallarda bu tarix martın 19-na düşür. XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək. Bu il üçün Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək” – Kəmalə Alışeva əlavə edib.




Загрузка...