Ötən il işə qəbul edilən müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür
2021-ci ildə 3786 nəfər müddətsiz, 6 min nəfərə yaxın müddətli əmək müqaviləsi əsasında olmaqla, ümumilikdə 10 minədək müəllim işlə təmin olunub.
Mektebgushesi.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, işə qəbul edilən müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunub, hazırda 10 min 400-dək müəllim həmin stimullaşdırıcı tədbirlərdən faydalanır.