Azərbaycan dili və ingilis dili fənləri üzrə dərsliklər təhlil edilib
Fevralın 28-də Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.
Mərkəzdən bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər müvafiq fənn kurikulumlarının məzmun standartlarının tələblərinin reallaşdırılması, məzmun, dil və üslub, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından təhlil edilib. Müzakirələr zamanı bildirilmiş qeydlər müvafiq fənlər üzrə test bankının təkmilləşdirilməsi və qəbul imtahanlarının sual kitabçalarının formalaşdırılmasında nəzərə alınacaq.
İşçi qrupların növbəti iclasları martın 7-də olacaq.