Biologiya və tarix fənləri üzrə qəbul imtahanları proqramları müzakirə edilib
Oktyabrın 28-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən bildirilib ki, iclasda biologiya fənnindən IV, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar müzakirə edilib.
Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Noyabrın 4-də müzakirə davam etdiriləcək.