Xəbərlər
07 sentyabr 2020
1 383

Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq

Sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.  

Komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn payız sessiyasında uğurlar arzulayıb.

Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri üzrə planı müzakirə edilib.

B.Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə "Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq. Digər vacib qanunlar üzərində işlər davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.

Sonra komitə sədri "Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb.

Qanun layihəsinin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Onlayn iclasda Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.

Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb.

Bildirilib ki, qanun layihəsi "Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.

Onlayn iclasın sonunda müzakirə edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər

Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər - YENİLİK

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Müəllimlər attestasiyadan keçirilməsi təklif edilir

Müəllimlər attestasiyadan keçirilməsi təklif edilir