Xəbərlər / Video
24 fevral 2022
1 196


İşgəncə ilə öldürməyəydi gərək... - Dəhşətli qətlin təfərrüatı + VİDEO



Xəbər verdiyimiz kimi, fevralın 20-də Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu qohumları Əhəd Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetiriliblər.


AzVision.az xəbər verir ki, ailəsi qətlə yetirilən Fəsahət Qaraxanov “AStar” yutub kanalına hadisə ilə bağlı danışıb.


Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl tərədilərkən Rusiyada olub və səhəri gün Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.


Ev almaq istəyən ailə 10 il əvvəl bir dəfə dələduzluğa məruz qalaraq pulunu itirib. Məhkəmə işi yekunlaşandan sonra pulun müəyyən bir hissəsi – 25 min manat ailəyə geri ödənilib. Bu məbləğ təxminən 8 ay əvvəl qaytarılıb.


F.Qaraxanov bildirib ki, evdə 25 min manat olub: “Ev almaq istəyirdik, arada da üstünə əlavə verirdim ki, pul yığılsın” .


O, Əhəd Əliyevlə əlaqəsinin olmadığını deyib: “Borclarına görə telefonu söndürürdü, telefon da işlətmirdi. Yoldaşı ondan pulsuz, fırıldaqçı, yalançı olmasına görə ayrılmışdı.


O adam müəllim olub, direktor olub, Kərbəla şəhərinə gedib-gəlib, ona görə inanmazdım. Heç gözləməzdim, ağla gəlməzdi. Mənə dedilər, bunu edən ailəni bilən adamdır, qohumdur, dedim yox, qohum ola bilməz. Bu çıxdı qatil.


Heç olmasa işgəncə ilə öldürməyəydi, insanı güllələyərlər, o başqa şey, biri də var ki, işgəncə verib öldürüblər. İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq. Allahın qəzasıdır. Allah da deyir ki, gərək səbirli olasan, dözəsən, nə edim, başqa yolum yoxdur. Dözəm, yaşadam gərək onları”.


Mərhum Qaraxanova Gülnarın anası Gülbacı Soltanova deyib ki, Əhəd Əliyevin belə bir hadisə törədəcəyinə inanmayıblar:


“Qoynumda ilan bəsləmişəm. Əhəd ola, belə şey edə, heç cür inanmadıq. Deyirik, nə isə içib, ağlı çıxıb başından. Uşaqlar Əhədi, Əhəd də uşaqları çox istəyirdi. Evlərinin həmişə qapıları bağlı olurdu. Qızım gedirdi işə, uşaqlara deyirdi, qapını heç kəsə açmasınlar, qorxurdu.


Heç Əhədə də qapını açmırdılar. Əhədin özünə deyirdi ki, yoldaşım evdə yoxdur, gəlmə evə, qapını açmayacağam. Əhəd onu izləyib, girib içəri. Bilib ki, qapını açmayacaq”.


Mərhumun qohumu Şahlar Məlikov qeyd edib ki, mərhum Gülnar Qaraxanovanın alnında bıçaq kəsiyi olub:


“Görünür, onun boğazını kəsmək istəyib, müqavimətlə rastlaşanda yeddi bıçaq vurub. Xanımı içəri salıb, uşaqların səs-küyü gələndə, oğlanın boğaz hissəsini kəsmişdi, qız uşağında dörd bıçaq yeri var, bir də amansızlıqla boğazı kəsilmişdi. Hər iki uşaq yataqda idi”.


Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


https://www.youtube.com/watch?v=qMWLD4AxuU0&t=1839s

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda ana və iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs məktəb direktoru olub – TƏFƏRRÜAT

Bakıda ana və iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs məktəb direktoru olub – TƏFƏRRÜAT

Qazaxda şagird tələbəni qətlə yetirdi

Qazaxda şagird tələbəni qətlə yetirdi

İsmayıllıda orta məktəbdə qətl hadisəsi baş verib

İsmayıllıda orta məktəbdə qətl hadisəsi baş verib

Müəllim  amansızlıqla qətlə yetirildi

Müəllim amansızlıqla qətlə yetirildi

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, məktəblilər dünyasını dəyişib

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, məktəblilər dünyasını dəyişib

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

İki məktəbli bacı itkin düşüb

İki məktəbli bacı itkin düşüb

Ucarda 11 yaşlı məktəbli 14 yaşlı qardaşını qətlə yetirdi

Ucarda 11 yaşlı məktəbli 14 yaşlı qardaşını qətlə yetirdi

Ucarda 11 yaşlı məktəbli 14 yaşlı qardaşını qətlə yetirdi

Ucarda 11 yaşlı məktəbli 14 yaşlı qardaşını qətlə yetirdi

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

İtkin  düşən azyaşlının  parçalanmış meyiti tapıldı

İtkin düşən azyaşlının parçalanmış meyiti tapıldı

Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən yıxılıb?

Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən yıxılıb?

Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI – FOTO

Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI – FOTO

BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş - Yenilənib

17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş - Yenilənib

ADNA terrorundan 12 il ötür

ADNA terrorundan 12 il ötür

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş…

Məktəblini öldürən “Azəriqaz”ın əməkdaşı imiş…

Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu -VİDEO

Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu -VİDEO

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı

O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı

Bakıda universitet yataqxanası qarət edildi

Bakıda universitet yataqxanası qarət edildi