Bakıda COVID-19-a görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
Bakıda koronavirusa görə distant tədrisə keçən 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.