Bakıda koronavirusa görə bağlanan məktəblərin sayı AÇIQLANDI
“Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdən 11-nin fəaliyyəti distant təhsil formasında davam etdirilir”.
Bunu Oxu.Az-a açıqlaması zamanı Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, 11 məktəb üzrə 215 sinif distant tədrisdədi:
“Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib”.
“Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib”, - deyə M.Vəliyeva əlavə edib.