Təhsil şöbəsinin müdiri vəzifədən azad edilib
Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev tutduğu vəzifədən azad edilib.
T. Əliyev öz ərizəsi ilə vəzifəsindən xaric edilib.
Təvəkkül Əliyev xəbəri APA-ya təsdiqləyib.
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini şöbə müdirinin müavini Rəsmiyyə Məmmədova icra edir.