AzTehsil.com


Xəbərlər / Müəllim
02 fevral 2022
955


Gənc müəllimlərlə görüş keçirildi - FOTO




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib.


Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri  Etibar Əliyev, Pərvanə Məmmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.


BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.


M.Vəliyeva ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdarə müdiri ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.


İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.


İdarə müdiri Vətən Müharibəsində qəhrəmanlıq tariximizin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyib. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərin vətənpərvərlik ruhunda böyüməsində ailələri ilə bərabər müəllimlərin də böyük rolu olduğunu deyib.


Müasir dövrün tələbinə uyğun olaraq gənc müəllimlərin sosial şəbəkələrdə də fəallığının əhəmiyyətinə toxunan İdarə müdiri onların nümunəsində müəllim nüfuzunun daha da yüksələcəyinə əminliyini ifadə edib. Həmçinin təhsil reallıqlarının və diqqətçəkən örnəklərin sosial şəbəkələr vasitəsilə təqdim olunmasının faydalı ola biləcəyini nəzərə çatdırıb.


Çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova və digər qonaqlar gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər. Bildiriblər ki,  gənc müəllimlərin özünü inkişaf etdirməsində belə görüşlər mühüm əhəmiyyət daşıyır.


Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.


Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.




Загрузка...
Həmçinin oxuyun:
BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

2 fevral Azərbaycanda gənclər günü.

2 fevral Azərbaycanda gənclər günü.

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Təhsil işçilərinə təltiflər təqdim edilib

Təhsil işçilərinə təltiflər təqdim edilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş

Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş

BŞTİ müdiri məzunları təbrik edib

BŞTİ müdiri məzunları təbrik edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

BŞTİ tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

BŞTİ tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

BŞTİ-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

BŞTİ-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

Məktəb direktorları üçün keçirilən seminarlar başa çatıb

Məktəb direktorları üçün keçirilən seminarlar başa çatıb

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

BŞTİ rəhbərliyi təltif olunub

BŞTİ rəhbərliyi təltif olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir