AzTehsil.com


Xəbərlər / Səhiyyə
01 fevral 2022
1 311


Koronavirusa yoluxan şəxslərdə bu fəsadlar qalır - Həkimlər AÇIQLADI




Koronavirusa (COVİD-19) yoluxub sağalmış şəxslər sonradan bir sıra problemlərlə rastlaşır. Əksər insanlarda dad və iybilmə qabiliyyəti uzun müddət bərpa olunmur və ya qismən olunur.


Həmçinin, xroniki xəstəliyi olan şəxslərin də koronavirusdan sonra bəzi şikayətləri olur. Maraqlıdır, koronavirusun fəsadları nələrdir? Bu fəsadların aradan qaldırılması üçün nələr edilməlidir?


Mövzu ilə bağlı sualları tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı cavablandırdı. O bildirdi ki,  koronavirusun fəsadları haqda müzakirələr çox mübahisəlidir:


“Çünki bu yeni bir virusdur və cəmi iki ilə yaxındır bu virusla təmasda olmuşuq. Həm elmi-tədqiqat institutları, həm virusun ştamları ilə məşğul olan həkimlər bu məsələ iə bağlı hələlik yekun qərara gələ bilməyib. Hər hansı bir xəstəliyin patogenezi, fəsadları, müalicəsi haqqında uzun illər tədqiqat işi aparılır. Məsələn, arterial təzyiqin hipertoniya xəstəliyi haqqında hansı həkimdən soruşsanız sizə dərhal cavab verəcək. Onun fəsadları, xəstələrdə qalıq əlamətləri haqqında bütün həkimlər əzbər bilir. Eləcə də infarkt və digər xəstəlikər buna aiddir. Yəni hər bir xəstəliyin klassifikasiyası, özünəməxsus gedişatı var. Lakin koronavirus bunlardan fərqli xəstəlikdir. Bu xəstəliyin müxtəlif ştamları var. Belə qısa müddətdə xəstəliyi ətraflı tədqiq etmək və konkret nə isə demək çətindir. Bu mənada fərdi olaraq kimdəsə xroniki xəstəlik varsa və yoluxmadan sonra onun xəstəliyi kəskinləşirsə, bu, qismən koronavirusla əlaqələndirilə bilinir”.


Həkim bildirdi ki, virusa yoluxduqdan sonra xəstəliyi yüngül və ya ağır formada keçirənlər var:


“Dərmanları ev şəraitində və ya reanimasiyada qəbul edənlər də var. Kliniki gedişata görə müxtəlif formada müalicə alan xəstələr var. Kim xəstəliyi ağır formada keçirirsə mütləq qaraciyərin mübadiləsini, qan dövranını yaxşılaşdıran dərman içməlidir. Böyrək çatışmazlığı, şəkər, təzyiq kimi xroniki xəstəliyi olan insanlar sağaldıqdan sonra bu xəstəliklərin müalicəsini davam etdirməlidir. Çünki koronavirusun fəsadları onların xroniki xəstəliyinə mənfi təsir göstərə bilər. Lakin təəssüflər olsun ki, insanlar ev şəraitində necə gəldi müalicə alır. İndi hər kəs kor-təbii şəkildə koronavirusun müalicəsi ilə məşğul olur. Hər kəs internetdə gördüyü, ordan-burdan eşitdiyi müalicə üsulunu öz üzərində tətbiq edir. Amma unutmaq lazım deyil ki, qəbul edilən hər bir dərman insanın qaraciyərinə toksik təsir edir. Tövsiyə edirəm ki, koronavirus xəstəliyindən sağalan şəxslər yenidən müayinədən keçsin. Xroniki xəstəliyi olanlar isə bu xəstəlikdən sonra mütləq profilaktik müalicə almalıdır”.


Həkim-radioloq Aydın Əliyev bildirdi ki, COVİD-19 virusunun uzaq nəticələri barədə hələlik nə isə demək üçün çox tezdir:


“Əslində istənilən bir xəstəliyin yaxın nəticələri və uzaq fəsadları var. Lakin koronavirusun sonrakı fəsadları haqda konkret nə isə deyə bilmərik. Çünki bu xəstəliyin böyük bir tarixi yoxdur. Bəzi xəstələrdə aylarla dad və iybilmə qabiliyyəti bərpa olunmur. Bəzilərində isə beynin bu və ya digər funksiyalarında dəyişiklik, yaddaş pozğunluğu, baş ağrıları, böyrəklərdə problem müşahidə olunur. Bu əsasən iki faktla əlaqəlidir. İlk növbədə koronavirus xəstələrində qan-damaralarında tromplaşmağa meyllilik artır. Hətta virusa yoluxan şəxsin bəzi orqanlarında, xırda damarlarında tromplar müəyyən müddət qalmaqda davam edir. Bu da təbii ki, öz təsirini göstərir. Virus orqanizmdən birdən-birə təmizlənə bilməz. Bunun üçün müəyyən müddət vaxt lazım olur. Orqanizmdə qalan toksinlər bəzi dəyişikliklər yarada bilir. Lakin bu geniş bir mövzudur və qeyd etdiyim kimi xəstəlik yenidir. Ona görə də bu xəstəlik ətraflı şəkildə araşdırılmalıdır”.  Redaktor.az




Загрузка...
Həmçinin oxuyun:
Koronavirusun yeni dermatoloji əlaməti aşkarlandı

Koronavirusun yeni dermatoloji əlaməti aşkarlandı

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Valideynlərin NƏZƏRİNƏ: “COVID-ə yoluxub sağalan uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO

Valideynlərin NƏZƏRİNƏ: “COVID-ə yoluxub sağalan uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Koronavirusun daha bir fəsadı...

Koronavirusun daha bir fəsadı...

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? - AÇIQLAMA

Dad-qoxu pozğunluqları koronavirus, yoxsa qrip əlamətləridir? - AÇIQLAMA

Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı (RƏSMİ)

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

Koronavirusdan sonra psixatrik xəstəliklər yaranır - Həkim

Koronavirusdan sonra psixatrik xəstəliklər yaranır - Həkim

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Ekspertlər koronavirusun ən pis fəsadlarını müəyyənləşdirdilər

Ekspertlər koronavirusun ən pis fəsadlarını müəyyənləşdirdilər

Tanınmış azərbaycanlı həkimdən koronavirusun müalicəsi ilə bağlı VACİB TÖVSİYƏLƏR - VİDEO

Tanınmış azərbaycanlı həkimdən koronavirusun müalicəsi ilə bağlı VACİB TÖVSİYƏLƏR - VİDEO

Koronavirusdan sağalanlarda bu fəsadlar yaranır

Koronavirusdan sağalanlarda bu fəsadlar yaranır

47 yaşlı həkim də koronavirusun qurbanı oldu

47 yaşlı həkim də koronavirusun qurbanı oldu

Həkim koronavirusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Həkim koronavirusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Koronavirusa kimlər yoluxmayacaq?

Koronavirusa kimlər yoluxmayacaq?

Koronavirusa yoluxanlar azı 10 il qocalır – Professordan vacib açıqlama

Koronavirusa yoluxanlar azı 10 il qocalır – Professordan vacib açıqlama