Şagirdə qarşı qeyri-uyğun hərəkət edən müəllimlə bağlı AÇIQLAMA
Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin musiqi müəllimi tərəfindən şagirdə qarşı qeyri-uyğun davranışla bağlı sosial şəbəkədə yayılmış məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
Oxu.Az xəbər vrir ki, araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.