Yeni ildə 5 gün İŞ OLMAYACAQ – MÜDDƏT uzadıla bilərmi?
1 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalıb. Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar qeyri-iş günüdür.
1 və 2 yanvar şənbə bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq. Bu hazırdakı vəziyyətə uyğun olaraq belədir.
Bəzi ekspertlərin fikrincə isə pandemik şəraitə uyğun olaraq bəzi ölkələrdə istirahət günlərinin müddəti müəyyən qadağalar altında uzadıla bilər.
“Omirkon” ştammından sonra bu fikirlər daha çox səsləndirilməyə başlanıb. Azərbaycanda da dekabırın sonuna doğru vəziyyət öyrənilərək Operativ Qərargah tərfindən istirahət günlərinin sayı artırılması təklif oluna bilər.Hokm.az