AzTehsil.com


Xəbərlər
02 iyul 2021
1 611


İş günlərində dəyişiklik edildi - 4 gün istirahət olacaq



 

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

 Baş nazir Əli Əsədov "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Beləliklə iyulun 17-də ölkədə iş günü, 18, 19, 20, 21-də isə qeyri-iş günləri olacaq.



Загрузка...