Xəbərlər / Şagird
04 may 2021
3 249


Mayın 8-i və 16-sı dərs olacaq? - RƏSMİ

 

 Azərbaycanda tədris müəssisələrində 8 və 16 may tarixlərində iş günü olacaq.

Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. 

Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.
Məqalə Göndər








Загрузка...