Xəbərlər
27 iyul 2020
1 517


Azərbaycanda 4 gün iş olmayacaq - Xüsusi karantin planı hazırlanır

Azərbaycanda 4 gün iş olmayacaq - Xüsusi karantin planı hazırlanır

 

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək.

Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

Baş Nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq.

Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.
Məqalə Göndər








Загрузка...