Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı
Musiqi məktəbində şagirdin telefonu oğurlandı.
Oxu.Az xəbər verir ki, şikayət sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbində oxuyan şagirdlərdən birinin valideyni musiqi məktəbində baş verən oğurluq hadisələrindən narazılığını bildirib.
O bildirib ki, ötən gün sözügedən məktəbdə qızının gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb:
“Qızım gödəkcəsini qarderobda (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma içəridə kameralar yoxdur.
Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bütün bunlar baş verə-verə həmin o qarderob görünən yerə kamera quraşdırılmır. Oğurluqla bağlı dünən “102” Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır”.
Valideyn musiqi məktəbində uşaqların təhlükəsizliyi və digər hər hansı yaşana biləcək problemlerlə bağlı təhlükəsizlik kameralarının quraşdırılmasının vacib olduğuna diqqət çəkib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti üzrə şikayət qəbul olunub, araşdırma aparılır.
Məktəbdən büst oğurlandı
Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi
Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında
İfaları ilə gündəm yaradan müəllim və şagirddən açıqlama: "İstədim ki, belə bir səsin olduğunu hamı bilsin" - VİDEO
Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA
Uşaq musiqi məktəbinin açılışı olub
Musiqi məktəblərində maaş problemi yaranıb - Nazirlik SÖZ VERDİ
Dünyanın ən kiçik mobil telefonu – VİDEO
“Məsti-xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb
3 yeni telefon buraxılacaq -BUNLAR...
Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT
Musiqi müəllimləri attestasiyadan keçiriləcək
Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR
Direktorun şagirdin hicabını açması xəbəri ilə bağlı açıqlama verilib
Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib
"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO
Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF
Uşaq musiqi və incəsənət məktəbləri ilə bağlı müşavirə keçirildi
Nazir: "Bəzi musiqi məktəblərində müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib"
Bakıda müəllim1-ci sinif şagirdini döydü - VİDEO
Bakının daha bir məktəbində qalmaqal – FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
Tələbə qız kollecdən qaçırılıb