AzTehsil.com


Xəbərlər
22 noyabr 2021
1 202


Ali məktəblərə qəbulda yeni qaydalar – ARAŞDIRMA




Ekspertlərin Dövlət İmtahan Mərkəzinin ixtisas qruplarına təklif etdiyi növbəti dəyişikliklərlə bağlı fikirləri haçalanır. Təklif müəllifləri narahatlığa əsas görmür, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini isə narahatdır.


Növbəti qəbul imtahanlarında III ixtisas qrupu üzrə imtahan verəcək şəxsləri yenilik gözləyir. “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Qərarla III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupu yaradılıb. Baş verən dəyişiklik ixtisas qrupları üzrə altqrupların bərpasını gündəmə gətirib. Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış, Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022-ci ildən etibarən III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsi nəzərdə tutulur.


 “Kaspi” qəzetinin əməkdaşları mövzu ilə bağlı araşdırma aparıblar.


İki fərqli qrup


İxtisaslar üzrə altqruplar nə deməkdir? İxtisas qrupları üzrə altqrupların yaranması qəbul imtahanlarına hansı yeniliyi gətirəcək? Ən əsası, qərar tələbə adını qazanmaq istəyən 3-cü qrup ixtisası üzrə abituriyentlərə hər hansı çətinlik yaratmayacaqmı?


Təhsil eksperti Qoşqar Məhərrəmov belə izah edir: “Altqrup – qrupun altında iki fərqli qrup anlamına gəlir. Bu, daha detallı təsnifatdır. Belə ki, ixtisas qruplarının (I, II, III, IV, V) – hər birinin altında alt qruplar meydana gətirilir. Yəni bu alt qruplarda fənlərdən tarix, coğrafiya seçənlər – altqrupa daxil olan başqa fənlərdən, dil, tarix seçənlər ayrı fənlərdən imtahana gedəcək. Bununla da məsələni daha da spesifikləşdirməyə, qollandırmağa çalışırlar”. Ekspertin sözlərinə görə, əgər şagird İT mühəndisliyi sahəsinə getmək istəyirsə, “İnformatika” imtahanına gedəcək və bu imtahanın balları qəbul zamanı ona müsbət mənada dəstək olacaq. Və yaxud “Regionşünaslıq” və ya hüquqşünas ixtisasına gedəcəksə, əlavə coğrafiya imtahanı verəcək və bu onun qəbul şansını daha da artıracaq.


İxtisasa uyğun olaraq


Qeyd edək ki, qəbul imtahanlarında baş verəcək dəyişiklik birmənalı qarşılanmır.


Dövlət İmtahan Mərkəzindən mövzu ilə bağlı “Kaspi”nin sualını cavablandıraraq qeyd edirlər ki, mətbuatda yer alan “ixtisas qrupları üzrə əvvəlki illərdə ləğv edilmiş altqruplar bərpa olunur” fikri yanlışdır. Yəni bu əvvəlki illərdə ləğv edilən altqrupların bərpası demək deyil. “TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan vermələri nəzərdə tutulur. DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər”. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar”. Bundan başqa, birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq.


Ajiotaja ehtiyac yoxdur


Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, qərar ətrafında ajiotaja ehtiyac yoxdur: “Dil və tarix olan altqrupunda ədəbiyyatdan imtahan verilməsi, tarix və coğrafiya (TC) altqrupunda isə Azərbaycan dili və tarixdən əlavə, coğrafiyadan da imtahanın verilməsi nəzərdə tutulur. Bu, Dövlət İmtahan Mərkəzinin yanaşmasıdır”. Millət vəkili hesab edir ki, böyük ehtimalla bu məsələdə ixtisaslar nəzərə alınıb: “Gələcəkdə Regionşünaslığı öyrənənlərin coğrafiyanı, digərlərinin müəyyən mənada ədəbiyyatı bilmələrinə ehtiyac var. Bu, heç bir problem yaratmayacaq. Tələbələrimiz onsuz da bu dərsləri keçirlər. Burda hər hansı ciddi problem gözlənilmir”.


Yerli-yersiz dəyişikliklər


Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə qəbul imtahanları ilə bağlı qaydalarda tez-tez dəyişikliklərin tərəfdarı deyil: “Təhsili eksperiment meydanına çevirmək olmaz. Bu dəyişikliklər cəmiyyətdə narahatlıq yaradır, təhsil sisteminin oturuşmasına mane olur”. Ekspert hesab edir ki, bu cür vacib qərarlarla bağlı ümumi müzakirə keçirilməli, ictimai rəy öyrənilməlidir: “2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanuna o vaxtdan bəri nə qədər dəyişikliklər edilib. Dəfələrlə deyilib ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Təkpilləli vahid imtahan modelinə keçməliyik. Amma biz hər il imtahan sistemini mürəkkəbləşdiririk. Bu, imtahan oyunundan başqa bir şey deyil”. N.İsrafilov qeyd edir ki, TN yanında İctimai Şurada da təhsildə baş verən dəyişikliklər müzakirə olunmalıdır: “Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun qəbul edib. Amma biz dəyişiklikləri mətbuatdan oxuyuruq. Bu məsələdə vətəndaşların da fikirləri dinlənilməlidir”. Ekspertin fikrincə, bu cür dəyişikliklər öz mənfi təsirini göstərəcək: “Nə qədər ki qaydalarda yerli-yersiz dəyişikliklər olacaq, bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyəcək. Coğrafiyanın əlavə olunması və ya qəbul imtahanındakı fənlərin sayının 6-ya çatdırılması imtahan verənlərdə də, onların valideynlərində də psixoloji gərginliyə səbəb olur. Bu, məktəblərin nüfuzunu aşağı salır və repetitor institutunun inkişafına yol açır”.


Gələcəkdə altqrupların digər ixtisas qruplarına da tətbiqi baş verərsə – bu, artıq daha ciddi dəyişikliyə yol açacaq. Nəticə və effekti isə yalnız növbəti qəbul imtahanlarından sonra söyləmək olacaq…




Загрузка...
Həmçinin oxuyun:
III qrupda ixtisasların sayı artırılır

III qrupda ixtisasların sayı artırılır

II ixtisas qrupunda 5 ixtisas ləğv edilib

II ixtisas qrupunda 5 ixtisas ləğv edilib

“Bu ixtisas qrupu üzrə on minə yaxın abituriyent və subbakalavr universitetlərə daxil ola bilməyib” - EKSPERT

“Bu ixtisas qrupu üzrə on minə yaxın abituriyent və subbakalavr universitetlərə daxil ola bilməyib” - EKSPERT

Nadir İsrafilov - İxtisas qruplarında fənn dəyişikliklərinin təhsilin inkişafına hər hansısa bir töhfə verəcəyinə inanmiram.

Nadir İsrafilov - İxtisas qruplarında fənn dəyişikliklərinin təhsilin inkişafına hər hansısa bir töhfə verəcəyinə inanmiram.

DİM-in “anoloqu” olmayan imtahan sistemi: “Bu milli faciənin başında Məleykə Abbaszadə durur”

DİM-in “anoloqu” olmayan imtahan sistemi: “Bu milli faciənin başında Məleykə Abbaszadə durur”

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Bu gündən tələbələrin köçürülməsinə start verilir

Bu gündən tələbələrin köçürülməsinə start verilir

Ali məktəblərə qəbulda BİR İLK - Abituriyentlərə şans veriləcək

Ali məktəblərə qəbulda BİR İLK - Abituriyentlərə şans veriləcək

Abituriyentlərin ixtisas seçimi davam edir...Neçə nəfər qeydiyyatdan keçib?

Abituriyentlərin ixtisas seçimi davam edir...Neçə nəfər qeydiyyatdan keçib?

II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı

II və III ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub

Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Universitetə qəbul olmaq istəyənlər əlavə imtahan da verəcəklər –SOS

Universitetə qəbul olmaq istəyənlər əlavə imtahan da verəcəklər –SOS

Sabah III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyent iştirak edəcək

Sabah III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyent iştirak edəcək

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Magistratura səviyyəsində köçürülmə üzrə elektron sənəd qəbulu davam edir

Magistratura səviyyəsində köçürülmə üzrə elektron sənəd qəbulu davam edir

Sabah ilk qəbul imtahanı keçiriləcək

Sabah ilk qəbul imtahanı keçiriləcək

Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə abituriyentlərin suallarını cavablandıracaq

Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə abituriyentlərin suallarını cavablandıracaq