Xəbərlər / Magistr
22 iyul 2021
425

Magistratura səviyyəsində köçürülmə üzrə elektron sənəd qəbulu davam edir

Magistratura səviyyəsində köçürülmə üzrə elektron sənəd qəbulu davam edir

 

Tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi davam edir.

 Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən sənəd qəbulu iyulun 26-dək davam edəcək.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi”, "tarix müəllimliyi” və "tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər” və "regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu gündən tələbələrin köçürülməsinə start verilir

Bu gündən tələbələrin köçürülməsinə start verilir

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbələrin köçürülməsi bu tarixdən başlayacaq

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbələrin köçürülməsi başladı

Tələbələrin köçürülməsi başladı

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu bu gün başa çatır

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu bu gün başa çatır

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başladı - QAYDALAR

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb.

Elektron sənəd qəbuluna başlanılacaq.

Elektron sənəd qəbuluna başlanılacaq.

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Sabahdan tələbə köçürülmələrinə başlanılır

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Elektron sənəd qəbulu başa çatıb.

Elektron sənəd qəbulu başa çatıb.

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başa çatır

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başa çatır

Tələbələrin köçürülmə prosesi davam edir

Tələbələrin köçürülmə prosesi davam edir

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başlayıb

Tələbələrin köçürülməsi üzrə qeydiyyat başlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb