AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
11 noyabr 2021
1 313


Ekspert təklifi - Qarşılaşdığımız problem demək olar ki, aradan qalxmış olacaq...




 Bildiyimiz kimi Azərbaycan Respublikasında istilik sistemi ilə bağlı qış mövsümü  hər il 16 noyabrdan başlayaraq 15 apreldə bitir və 5 ay davam edir.Ölkə ərasizində  soyuq havalar sentyabr ayının sonundan başlayır. Artıq uzun illərdir ki, bu tendensiya davam edir. Ölkəmimizn dağlıq və dağətəyi rayonlarında artıq birinci qar hələ oktyabr ayında yağdığını nəzərə alsaq , qış mövsümünün 16 dekabrdan başlaması qapalı şəraitdə fəaliyyət göstərən dövlət mülkiyyətində olan müəssələrdə , xüsusi ilə ümumitəhsil və digər təhsil müəssələrində ciddi fəsadlar yaradır.Pandemiya dövründə bu fəsadların miqyası daha genişdir.


Soyuq havada o cümlədən qış mövsümündə otaqların və ya binanın daxilində temperatur nə qədər olmalıdır ? Bu rəqəm müxtəlif ölkələrdə biri-birindən az da olsa fərqlənir və minimal və ya maksimal rəqəmlərlə müəyyən edilir. .


Məsələn : İngiltərədə bu rəqəm minimum 17,5 dərəcə , Yaponiyada maksimum 20 dərəcə, Azərbay Respublikasında isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21.08.2017-ci il tarixli Kollegiya iclasının qəraına əsasən qəbul edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” və “Qazanxana qurğuları. Layihələndirmə normaları”na görə qış və keçid dövründə ictimai binalarının oraqlarının temperaturu 20-22 dərəcə müəyyən edilmişdir.


Eyni zamanda qeyd etməliyik ki, ölkəmizdə yaz aylarında havanın isinməsi daha tez baş verir.Yəni artıq Novruz bayramından sonra havanın sürətlə isinməsi və yaz tətilinin 7-8 gün davam etməsi, adətən mart ayının sonu , aprel ayının əvvələrində isitmə sisteminə ehtiyacı kəskin azaldır.  

Hal-hazırda sinif otaqlarının 18 dərəcədən aşağı olması müəllimlərin və şagirdlərin , o cümlədən məktəbin digər işçilərinin kütəvi soyuqlanmasını , qripə və digər infeksion xəstəliklərə , həmçinin COVİD-19-a yoluxmasına şərait yaradır.


Nə  etməli ? – Problemin ən optimal variantı olaraq  təklif edirəm ki, ölkəmizdə qış dövrünün 1 oktyabr-15 mart əhatə etməsi üçün hüquqi nortativ akt qəbul edilərsə , ictimai binaların ,o cümlədən təhsil müəssələrinin qızdırılmasına 1 oktyabrdan başlanarsa hazırda qarşılaşdığımız problem demək olar ki aradan qalxmış olacaq.. 

Elşən Qafarov




Загрузка...